Son yeniləmə: 14 Dekabr 2023 11:21
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı 30 illik yubileyinə yeni tamaşa ilə “salam” deyib. Usta aktyor Pervin Ünalpın ssenari müəllifi və rejissorluğunu etdiyi “Sevgi və Qürur” adlı əsər Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzi Fatma Yıldız Salonunda teatrsevərlərlə görüşüb.
Denizli Böyükşəhər Bələdiyyə başçısı Osman Zolan və həyat yoldaşı Berrin Zolanın da izlədiyi tamaşa ikinci dəfə nümayiş olunub.
Tamaşanın sonunda səhnəyə dəvət olunan Osman Zolan şəhər teatrının aktyorlarını uğurlu çıxışlarına görə təbrik edib.
Böyükşəhər Bələdiyyəsi olaraq hər zaman sənəti və sənətçiləri dəstəkləməyə, mədəniyyət və incəsənət tədbirlərinə dəstək verməyə davam edəcəklərini vurğulayan O.Zolan bütün vətəndaşları Denizli Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrının tamaşalarına baxmağa dəvət edib.