Son yeniləmə: 14 Dekabr 2023 10:04
BAYRAQDAR MEDİA – Böyük Britaniya Parlamentində Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanata dəstək ifadə olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, “İcmalar Palatasının üzvü David Duquid Parlamentdəki çıxışında birgə bəyanata tarixi hadisə kimi istinad edib. O, Azərbaycanla Ermənistan arasında davamlı sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökuməti tərəfindən görülən işlər barədə sual verib. Cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa üzrə nazir Leo Dokerti bildirib ki, Azərbaycan və Ermənistanın ikitərəfli münasibətləri normallaşdırmaq barədə niyyətlərini təsdiq edən birgə bəyanat vermələri ruhlandırıcıdır. Nazir qeyd edib ki, Britaniya Azərbaycan və Ermənistanın tarixi və davamlı sülh əldə etmək istiqamətindəki səylərini tam şəkildə dəstəkləyir”.
David Duquidin bunula bağlı sosial şəbəkədə paylaşım edib.
Earlier today I asked 🇬🇧 Foreign Office Minister @LeoDochertyUK to confirm this Government’s commiment to recognise and this statement from leaders of #Armenia and #Azerbaijan and support for efforts to normalise relations towards lasting peace. https://t.co/h62GbRAdDA pic.twitter.com/Ne50hMmWEh
— David Duguid MP (@david_duguid) December 12, 2023