Press "Enter" to skip to content

Xidmət sahəsində çalışanlar üçün təlimlər

Təlim zamanı

Son yeniləmə: 13 Dekabr 2023 10:44

BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xidmət sahəsində çalışan şəxslər üçün turizm sahəsi üzrə Türkiyədən olan ekspertlərin iştirakı ilə təlimlər başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-y Agentlikdən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının birgə Fəaliyyət Proqramına əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçilən ekspert və təlimçilərin keçdiyi təlimlər 6 gün müddətində davam edəcək. Təlimlər Bakı, Gəncə və Şuşa şəhərlərində qeydiyyat, qidalanma və təmizlik, o cümlədən idarəçilik bacarıqları üzrə 30 nəfərlik qruplara keçirilir”

Qeyd edilib ki, Dövlət Turizm Agentliyinin regional turizm idarələrinin apardığı qiymətləndirmələr, o cümlədən Azərbaycan Hotel Assosiasiyasının tövsiyələri nəzərə alınmaqla təlimlərdə 105 nəfərin iştirakı nəzərdə tutulub: “Qeyd edək ki, 2022-ci ilin 23 dekabr tarixində Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının Bakıda keçirilmiş 2-ci iclasının nəticəsi olaraq ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, marketinq, kommunikasiya və turizm məhsulları, o cümlədən turizm təhsili və təlimi üzrə əməkdaşlığa dair qəbul olunan birgə Fəaliyyət Proqramının 8-ci maddəsinin 10-cu bəndinə əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Azərbaycanda turizm sahəsində xidmət sferasında çalışan şəxslər üçün təlimlərin təşkil olunması qərarlaşdırılıb”.

Mission News Theme by Compete Themes.