Press "Enter" to skip to content

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Son yeniləmə: 13 Dekabr 2023 14:33

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan verəcək şəxslərlə bağlı məlumat yayıb.

Məlumatda deylir ki, danışıq bloku üzrə imtahan 17 dekabr 2023-cü il tarixində keçiriləcək.

Vurğulanır ki, danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək: “İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq”.

O da bildirilir ki, iştirakçılar kompüter proqramının “demo” versiyası ilə bu linkdən tanış ola bilərlər:
“İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

Mission News Theme by Compete Themes.