BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor və direktor müavini təyin edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən tibb üzrə fəlsəfə doktoru, Dos. Aynur Poluxova İnstitutun direktoru, tibb elmləri doktoru Nüşabə Pənahova isə direktorun müavini (müalicə işləri üzrə) vəzifəsinə təyin edilib”.