Son yeniləmə: 13 Dekabr 2023 15:06
BAYRAQDAR MEDİA – Türkiyənin Denizlinin dünyada tanınan təndir kababının qiyməti bir daha artıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin əvvəlində kiloqramı 400 lirəyə satılan Denizli kababının satışında son qiymət artımları ilə bir il ərzində 300 faiz bahalaşmış olub: “Kababa sonuncu dəfə iyul ayında təxminən 15 faiz artım göstərmişdi. 2023-cü ilin əvvəlində 400 lirəyə satılan Dənizli kababının kiloqramı mart ayında 700 lirəyə yüksəlib. Aprel ayında 900 lirəyə qalxıb. Kababda sonuncu dəfə artım iyul ayında edilib. Həmin vaxt Denizli kababının 1 kiloqramı 900 lirədən min lirəyə qalxıb”.
Qeyd edilir ki, Denizlidə kababçılar yeni il qabağı kababın qiymətini yenidən artırıb. Bu artımla Denizli kababının 1 kiloqramının qiyməti 1200 lirə olub.