Press "Enter" to skip to content

Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir

Vüqar İskəndərov

Son yeniləmə: 13 Dekabr 2023 16:27

Vüqar İskəndərov: Qalib ölkənin qalib xalqı bir daha öz siyasi iradəsini nümayiş etdirəcək

BAYRAQDAR MEDİA – “2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər, həmçinin 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatı yeni reallıqlar yaradıb. Bu reallıqlar təkcə regional və qlobla baxımdan deyil, eyni zamanda daxili siyasət baxımdan da aktualdır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, 2024-cü ildə Azərbaycanda mühüm siyasi proses baş verəcək: “Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Necə deyərlər qalib ölkənin qalib xalqı bir daha öz siyasi iradəsini nümayiş etdirəcək”.

Millət vəkili deyib ki, bu gün Azərbaycanın bütün ərazilərində suverenlik bərpa edilib: “Buna isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində nail olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Həmin seçkilərdən cəmi iki il sonra – 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı”.

Vüqar İskəndərov bildirib ki, bu seçkilər müstəqil Azərbaycanın tairixində bir ilkdir: “O mənada ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bir sözlə, bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”.

Mission News Theme by Compete Themes.