Press "Enter" to skip to content

Bakıda Azərbaycan-Qırğızıstan Dostluq Cəmiyyəti quruldu

Toplantıdan görüntü

BAYRAQDAR MEDİA – Dekabrın 12-də Bakıda Qırğızıstan-Azərbaycan Dostluq Cəmiyyətinin qurulması ilə bağlı toplantı keçirilib. Toplantıda qardaş ölkənin Azərbaycandakı səfiri Kayrat Osmonaliyev də iştirak edib.

Səfirlikdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, yeni Cəmiyyətin qurucuları Azərbaycanın Əməkdar jurnalisti, Manas araşdırmaçısı və “Manas” dastanı haqqında kitabın müəllifi Adil Cəmil, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin rəhbəri Eldar Günaydın, “Zəngəzur” Sanatoriyasının rəhbəri Məzahir Həsənov, Azərbaycanda Qırğızıstan Ticarət Evinin qurucusu Zəfər Məmmədov, publisist və siyasətşünas Teymur Atayevdir.

Ulu öndər Heydər Əliyevin anım gününə təsadüf edən tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Kayrat Osmonaliyev çıxışında iki qardaş ölkə arasındakı münasibətlərdən, prezidentlərin qarşılıqlı səfərlərindən söz açıb. O, bu münasibətlərin daha da irəli daşınmasının vacibliyini qeyd edib.

Eldar Günaydın isə öz növbəsində təcrübəsini bölüşüb, türk dünyasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün görülən işlərdən danışıb.

İştirakçılar fikirlərini paylaşmaqla bərabər yeni qurumun dövlət qeydiyyatına alınması üçün səfirliyin də Azərbaycan Ədliyyə Nazirliyinə müraciət etməsini zəruri sayıblar.

Mission News Theme by Compete Themes.