Press "Enter" to skip to content

Azərbaycanın müstəqil dövlət quruculuğu Heydər Əliyevin adı ilə bağlıdır

Tədbir zamanı

Son yeniləmə: 13 Dekabr 2023 12:08

Berlində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş geniş tədbir keçirilib

BAYRAQDAR MEDİA – Dekabr ayının 12-də Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Heydər Əliyev – müasir Azərbaycan-Almaniya münasibətlərinin banisi” mövzusunda geniş tədbir təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 13-də səfrirlikdən məlumat verilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev

Bildirilib ki, “tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, ümumilikdə 300-ə yaxın qonaq iştirak edib. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi mühüm və əvəzedilməz xidmətlərdən danışıb. Qeyd edib ki, məhz onun səyləri nəticəsində Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısı alınıb, sabitlik bərpa olunub və ölkə tədricən inkişaf yoluna qədəm qoyub. Səfir vurğulayıb ki, Azərbaycanın müstəqil dövlət quruculuğu və balanslı xarici siyasətinin formalaşması Ulu Öndərin adı ilə bağlıdır. Əlavə edib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olması ilə nəticələnmişdir”.

Tədbir çərçivəsində Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı rəssam Günay Şəmsinin çəkdiyi Heydər Əliyev portretinin təqdimatı keçirilib
Tədbir çərçivəsində Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı rəssam Günay Şəmsinin çəkdiyi Heydər Əliyev portretinin təqdimatı keçirilib

Məlumata görə, sonra Federal İqtisadi Təşviq və Xarici Ticarət Assosiasiyasının icraçı direktoru Urs Unkauf çıxış edib: “O, Heydər Əliyevin Azərbaycan-Almaniya münasibətlərinin formalaşmasında oynadığı roldan, münasibətlərə mühüm töhfə verən Almaniya səfərlərindən, habelə alman rəsmiləri ilə keçirdiyi görüşlərindən danışıb. U.Unkauf vurğulayıb ki, Heydər Əliyev Qərb ölkələri arasında Almaniya ilə münasibətlərə xüsusi önəm verib və bu münasibətlərin dinamik, yüksələn xətlə inkişafı üçün əlverişli zəmin hazırlayıb”.

Məlumatda qeyd olunub ki, tədbir çərçivəsində həmçinin Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı rəssam Günay Şəmsinin çəkdiyi Heydər Əliyev portretinin təqdimatı keçirilib: “Rəssam tədbir iştirakçılarına onu bu rəsm əsərini çəkməyə həvəsləndirən amillər barədə məlumat verib. Çıxışlardan sonra keçirilən anım konsertində Almaniyada yaşayan və fəaliyyət göstərən soydaşımız – dirijor, skripkaçı və bəstəkar Anar İbrahimovun rəhbəri olduğu “Reyn virtuozları” adlı kamera orkestrinin ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib”.

Mission News Theme by Compete Themes.