BAYRAQDAR MEDİA – ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” marketlər şəbəkəsinin Space, Azadlıq filiallarından, “Bravo” marketlər şəbəkəsinin Koroğlu hipermarket filialından, “Rahat” marketlər şəbəkəsinin Nəsimi filialından ümumilikdə 49 kq işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə deyilir ki, “sözügedən layihəyə ETSN və “Qırmızı ürəklər” Fondu tərəfindən 1 may 2022-ci il tarixində başlanılıb. Layihə çərçivəsində bugünədək 1 min 43 kq batareya toplanılıb”.