Son yeniləmə: 12 Dekabr 2023 10:51
QHT-lərə Dövlət Dəstəyi Agentliyi: 2024-cü il müsabiqələri üçün 754 layihə təklifi daxil olub
BAYRAQDAR MEDİA – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb. Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT-müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb.
Bu barədə Agentlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumatd aqeyd edilir.
Bildirilir ki, “Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub. Bölgü bu şəkildə formalaşıb: Kiçik qrant müsabiqəsi – 532 layihə; Orta qrant müsabiqəsi – 147 layihə; Böyük qrant müsabiqəsi – 75 layihə”.
O da qeyd olunub ki, yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək: “Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq. Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur”.