Press "Enter" to skip to content

Qaliblər bəlli oldu

Turnirin açılışı zamanı

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Eskişehirdə şahmat turniri keçirilib

BAYRAQDAR MEDİA – Dünyanın hər yerində olduğu kimi, qardaş Türkiyədə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də Eskişehirdə olub.

Belə ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə 9-10 dekabr tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə şahmat turniri keçirilib.

Turnir maraqlı idman mübarizəsi şəraitində keçib
Turnir maraqlı idman mübarizəsi şəraitində keçib

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Bildirilib ki, Eskişehirdə fəaliyyət göstərən Anadolu Universitetində keçirilən turnirdə Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr yarışıb.

Turnirin açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, iştirakçılara uğurlar arzulayıb.

Turnirin qalibləri
Turnirin qalibləri

Sonra qrup mərhələsi oyunları başlayıb. Turnir dekabrın 10-da qaliblərin mükafatlandırılması və qala proqramla başa çatıb.

Beləliklə, maraqlı idman mübarizəsi şəraitində keçən turnirin qalibi Kutahya Dumlupınar Universitetinin tələbəsi İbrahim Seyidov olub. Sonrakı yerləri müvafiq olaraq Manisa Celal Bayar Universitetinin tələbəsi Fuad Məmmədli, İzmir 9 Eylul Univeristetinin tələbəsi Gülümşah Ağacan və İzmir 9 Eylul Univeristetinin tələbəsi Cahangir Mirzəzədə tutub.

Turnirin qaliblərinə mükafatlar, bütün iştirkaçılara isə sertifikatlar təqdim edilib
Turnirin qaliblərinə mükafatlar, bütün iştirkaçılara isə sertifikatlar təqdim edilib

 

Mission News Theme by Compete Themes.