Son yeniləmə: 11 Dekabr 2023 11:08
Cemal Yanğın: ATİB iş adamlarını işğaldan azad edilmiş bölgələrə hazırlayır
BAYRAQDAR MEDİA – “ATİB işğaldan azad edilmiş torpaqlarda dirçəlişə, yenidənqurmaya və Böyük Qayıdışa öz töhfələrini verir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) keçmiş sədri Cemal Yanğın deyib.
O, qeyd edib ki, ATİB iş adamlarını işğaldan azad edilmiş bölgələrə hazırlayır: “ATİB iş adamlarının o bölgələrdə nə etməli olduğuna dair tövsiyyələr verir, proqramlar hazırlayır. İqtisadi toplantılar edirik. Gündəmimiz sadəcə Qarabağdır”.
C.Yanğın, həmçinin “Mənim Qarabağda çalışan və çalışacaq iş adamlarına bir çağırışım da var. Onlara deyirəm ki, siz ilk gündən pul qazanmaq barədə düşünməyin. Ora bizim mənəvi yurd yerlərimizdir. Ora getməliyik və oranın dirçəlişində bizim də bir zəhmətimiz olmalıdır. Bunu da təmannasız etməliyik. Əlbəttə iş adamı pul qazanmalıdır. Amma burada fədakarlıq etsə, təmannasız etsə 3 ildən sonra daha böyük imkanlar əldə edəcək” deyib.