Son yeniləmə: 11 Dekabr 2023 12:22
BAYRAQDAR MEDİA – “Atalarımız deyib ki, ziyanın yarısından qayıtmaq da xeyirdir. Indi bunu Ermənistanın son sərgilədiyi mövqeyə də şamil etmək olar”.
Bunu dekabrın 7-də əldə edilən razılaşmanı BAYRAQDAR MEDİA-ya üçün dəyərləndirən hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Həmin məqama toxunan E.Həsənli bildirib ki, Azərbaycan dəfələrlə humanist addım atıb, ancaq Ermənistan buna qarşılıq verməyib: “Ermənilər iki əsrdir ki, bu bölgəyə köçürülüb gələndən sonra dinc durmurlar. Çar Rusiya dövründən günümüzə qədər baş verənlər bunun əyani sübutudur. Quruluşlar dəyişir, illər bir-birini əvəz edir, amma erməni xisləti dəyişmir. Ümid etmək olar ki, bundan sonra heç olmasa dəyişəcəklər”.
Onun sözlərinə görə, erməni xislətinin dəyişməməsi haqlı olaraq Azərbaycanda da belə bir fikir formalaşdırıb ki, bu dəfə məsələni kökündə həll etmək lazımdır: “Yəni əgər yerli ermənilər Azərbaycanda yaşamaq istəyirlərsə cinayətkar əməllərindən əl çəkməli, Azərbaycan qanunlarına əməl etməlidir. Bir sözlə, Azərbaycan vətəndaşlığını qəbul edib, normal həyat sürməlidirlər. Eyni zamanda Ermənistan adlanan dövlət bundan sonra varlığını qorumaq istəyirsə Azərbaycanın və Türkiyənin böyüklüyünü qəbul edib, bizim uzatdığımız sülh əlini tutmalıdır. Çünki Ermənistan böyüksüz yaşaya bilmir. Gah Rusiyanı, gah da Qərbin ölkələrini özünə böyük, daha dəqiq desək ağa olaraq seçir. Amma bildiyimiz kimi, bu vaxta kimi həmin ağalardan ermənilərə xeyirli heç nə verilməyib. Hər bir ağa ermənilərin xəyanətkar xislətindən yararlanaraq, onlardan öz çirkli məqsədləri üçün istifadə ediblər. Nəticədə də Güney Qafqaz uzun illərdir qan çanağına dönüb. Türkiyə və Azərbaycan isə Ermənistana ancaq rifah və inkişaf vəd edir”.
E.Həsənli vurğulayıb ki, bu danışıqlar ermənilər üçün son şansdır: “Mən əvvəllər də bunu demişəm və yenə də təkrar edirəm. Əgər ermənilər bu xislətlərindən əl çəkməsələr o zaman biz də Ermənistanla sərhəd boyu bufer zona yaratmalıyıq. Necə ki, bunu qardaş Türkiyə Suriya sərhəddi boyunca yaradıb. Həm Ermənistan, həm də onu yenidən qana, müharibəyə sürükləyən Qərb ölkələri yaxşı bilsinlər ki, belə davam edərsə Azərbaycan həmin bufer zonanı yaradacaq. Odur ki, Ermənistan və onu yeni qanlı olaylara sövq edən güclər ağıllı olmalıdırlar”.