Press "Enter" to skip to content

Bakıda Azərbaycan -Türkiyə İnvestisiya Forumu keçiriləcək

Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək

Son yeniləmə: 11 Dekabr 2023 10:01

Tədbir Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək, həmçinin regional inkişafa mühüm töhfələr vermək məqsədi daşıyır

BAYRAQDAR MEDİA – Dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək. Forumda Türkiyənin ticarət naziri Prof. Dr. Ömer Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Cümhurbaşqanlığının Maliyyə Ofisinin rəhbəri Prof. Dr. Göksel Aşan da iştirak edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 11-də forumun təşkilatçılarından olan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB) məlumat verilib.

Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq

Bildirilib ki, “Ümimmilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin quruluşunun 100 illiyinə həsr olunan forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək, həmçinin regional inkişafa mühüm töhfələr vermək məqsədi daşıyır”.

Məlumata görə, forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq: “Eyni zamanda, iki ölkə arasında güclü iqtisadi əlaqə yaratmaq üçün atılacaq addımlarla yanaşı, potensial investisiya imkanları da müzakirə olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) bu mühüm tədbirin təşkili üçün birgə səy göstərərək iki ölkə arasında ticarət əlaqələrini gücləndirmək və qarşılıqlı investisiyaları bir addım daha həvəsləndirmək missiyasını yerinə yetirir”.

Bu tədbir biznes subyektlərini bir araya gətirərək güclü əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını əldə etmək imkanı verəcək

Qeyd edilir ki, bu mühüm tədbirdə iş dünyası liderləri, investorlar, bürokratlar, müxtəlif sahələri təmsil edən iş adamları və media nümayəndələri iştirak edəcək: “Bu tədbir biznes subyektlərini bir araya gətirərək güclü əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını əldə etmək imkanı verəcək. “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” iki ölkə arasında dostluq, əməkdaşlıq və iqtisadi tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən mühüm platforma olaraq önə çıxmaqdadır. Bununla da, Forumun uğurlu olmasını, bütün iştirakçılara tədbirin məhsuldar və interaktiv keçməsini arzulayırıq”.

Mission News Theme by Compete Themes.