Press "Enter" to skip to content

Türklərin partiyası dördüncü sırada

“Alpha Research” rəy sorğusu agentliyi xalq arasında sorğu keçirib

Son yeniləmə: 8 Dekabr 2023 12:04

BAYRAQDAR MEDİA – Bolqarıstanda “Alpha Research” rəy sorğusu agentliyi 22-30 noyabrda xalq arasında sorğu keçirib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, sorğunun nəticələrinə görə, növbəti parlament seçkilərində səs vermək istəyənlərin nisbəti 36 faizə düşüb.

Sorğuya əsasən, GERB 21,9 faiz dəstəklə birinci yerdədir. Daha sonra “Prodaljavame Promyanata – Demokratik Bolqarıstan” 17,8 faiz, “Vızrajdane” partiyası 12,2 faiz, türklərin və müsəlmanların partiyası kimi tanınan DPS 10,8 faiz, BSP 9,6 faiz və “İma Takav Narod” partiyası 9,6 faiz səs toplayıb.

Məlumatda deyilir ki, sorğuda iştirka edən hər dörd respondentdən biri növbəti seçkilərdə əvvəlki kimi mövqe bildirəcəyinə əmin deyil: “Sorğunun nəticələrinə görə, hökumət kabineti yaydan bəri 21 faiz etibar nisbətini qoruyub saxlayır. Hökuməti bəyənməyənlərin nisbəti 46 faizdir. Sorğuda iştirak edənlərin 49,7 faizi baş nazirlərin qarşıdan gələn rotasiyası ilə kabinetin yenilənəcəyini gözlədiyi halda, 31 faizi yalnız baş nazirlərin dəyişəcəyini gözləyir. Vətəndaşların 19 faizi hakimiyyətin yıxılacağına, növbədənkənar seçkilərin keçiriləcəyinə inanır”.

Mission News Theme by Compete Themes.