Son yeniləmə: 8 Dekabr 2023 12:04
BAYRAQDAR MEDİA – 2023-cü ilin 11 ayı ərzində Azərbaycana 1 milyon 893 mindən çox xarici ziyarətçi gəlib.
Bu barədə “Azərbaycan Turizm Sammiti 2023” tədbirdə məlumat verilib.
Məlumata görə, bu, ötən illə müqayisədə 30 faizdən çoxdur. Qeyd edilib ki, pandemiyadan sonra bərpa prosesi sürətlə davam edir.
Sammitdə regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradıldığı diqqətə çatdırılıb: “Qarabağ və Şərqi Zəngəzurda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində layihələndirmə və infrastruktur işləri, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə turizm infrastrukturunun yaradılması məqsədilə inkişaf konsepsiyaları üzrə layihələndirmə işləri davam etdirilməsi, Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük marağın olması haqqında məlumat verilib”.