Press "Enter" to skip to content

MEK əməkdaşları Şəkidə beynəlxalq elmi konfransda

MEK-çilər Şəkidə

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova və baş mütəxəssisi Alidə Həsənova, Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə qeyd edilir ki, “yerli qurum və institutların nümayəndələri ilə yanaşı, xarici ölkələrdən qonaqların da iştirak etdiyi konfransda məruzəçilər Azərbaycanda elmin yüksəlişinin məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu, təhsilə, elmə olan diqqət və qayğısının nəticəsində ölkəmizdə yüksək potensiala malik gənc kadrların yetişdiyini, bu siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Konfransda S.Məmmədova “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği” mövzulu geniş məruzəsində dünya şöhrətli siyasi lider Heydər Əliyevin özündən sonra zəngin irs qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın tərəqqisi, inkişafı, milli, mənəvi dəyərlərin öyrənilməsi və təbliği istiqamətində böyük işlər görmüş, həyatını xalqına həsr etmiş bu dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər bir kitabxananın qarşısında duran mühüm vəzifədir”.

Konfransdan sonra MEK əməkdaşları bir sıra görüşlər keçirib, həmçinin Heydər Əliyevin 100 illiyi çərçivəsində MEK tərəfindən ərsəyə gələn “Ulu Öndərin müdrik fikirləri” adlı audiodiski sözügedən Mərkəzə hədiyyə ediblər.

Mission News Theme by Compete Themes.