Press "Enter" to skip to content

Kitab tanıtma: “Vətən məni çağırdı” – şəhid yadigarı

Vətən məni çağırdı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunda Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, II Qarabağ müharibəsi şəhidi Ziyad Muradovun Ziyad Türksoy Qarabağlı adı ilə yazdığı şeirlərdən ibarət “Vətən məni çağırdı” kitabı da var.

Nəşrdə şəhidin vətənpərlik, gözəllik, sevgi, həyat və s. mövzularda “Qarabağda nəyim qaldı”, “Vətən, inan gələcəyəm!”, “Mən türk oğlu türkəm mən”, “Məhəbbət”, “Qocalıram deyəsən”, “Söz yazmağa qələm gətir”, “Dağıt zəmanəni” “Dilbər sən getdin” kimi adlarda şeirlərə yer verilib.

Kitabdakı “Yaşamaq uğrunda ölən oğullar” adlı şeirində müəllif deyir:

“Bizim amalımız olsun qisas, qan
Vətənçün qoy fəda olsun milyon can!
Ağlayan gözlərdən silib göz yaşın,
Gülək ki, hər zaman var Azərbaycan!

Sinəsin gülləyə sipər etdilər,
Bu xoş gələcəyi görən oğullar!
Gözlərin əbədi yumub getdilər
Yaşamaq uğrunda ölən oğullar!”.

Qeyd edək ki, kitab Gəncliyə Yardım Fondunun (GYF) “Şəhid Ailələrinə Dəstək” layihələri çərçivəsində hazırlanıb və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilib.

Mission News Theme by Compete Themes.