Son yeniləmə: 8 Dekabr 2023 11:15
BAYRAQDAR MEDİA – Azərbaycan ilə qardaş Türkiyə arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıqlar zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədi ilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, həmçinin müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Eləcə də plana uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib”.