Press "Enter" to skip to content

“Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans

Azərbaycan-Türkiyə İş Adamları Birliyi

Son yeniləmə: 8 Dekabr 2023 16:42

ATİB-in təşkilatçılığı ilə keçiriləcək konfransda çıxış və məruzələr dinləniləcək

BAYRAQDAR MEDİA – “Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya ATİB-dən məlumat verilib.

Bildirilib ki, konfrans Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq keçiriləcək.

Məlumata əsasən Türkiyənin Azərbyacandakı səfiri Doç. Dr. Cahit Bağçının da iştirak edəcəyi konfransda çıxış və məruzələr dinləniləcək.

Həmin tarixdə, həmçinin ATİB-in Ümumi Yığıncağının növbəti iclası da keçiriləcək. İclasın gündəliyinə ATİB-in İdarə Heyətinin 2022-2023-cü il üzrə fəaliyyəti barədə hesabatı təsdiq edilməsi, Təftiş Komissiyasının 2022-2023-cü il üzrə fəaliyyəti barədə hesabatın, Komissiya tərəfindən təqdim edilmiş rəyə əsasən, Birliyin 2022-2023-cü il üzrə illik balansının və maliyyə hesabatlarının təsdiq edilməsi, növbəti 3 il üzrə Birliyin İdarə Heyətinin sədrinin, İH üzvlərinin və ehtiyyat üzvlərinin seçilməsi, Birliyin Təftiş Komissiyasının və ehtiyat üzvü tərkibinin yenidən seçilməsi, 2024-cü il büdcəsinin təqdim olunması və cari məsələlər daxildir.

Mission News Theme by Compete Themes.