Press "Enter" to skip to content

Aktotı Raimkulova TÜRKSOY-un Baş katibi ilə görüşüb

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında təşkilatın rəhbəri Aktotı Raimkulova ilə TÜRKSOY-un Baş katibi Sultan Rayev arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “A.Raimkulova qonaqları salamlayaraq, TÜRKSOY-u 30 illiyi, eləcə də Türkiyə Cümhuriyyətini 100 illiyi münasibəti ilə təbrik edib. Görüşdə o, müasir dövrdə Türk Dünyasında hərtərəfli əlaqələrin gücləndirilməsi məqsədi ilə qurulmuş Türk Əməkdaşlıq Təşkilatlarının bir-biri ilə koordinasiyalı fəaliyyətlərinin vacibliyindən söz açıb. Fond ilə TÜRKSOY arasında mövcud əlaqələrdən bəhs edən Fondun prezidenti təşkilatlar arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə, türk xalqlarının zəngin mədəniyyətinin və irsinin daha artıq təbliğinə töhfə verəcəyinə əminliyini ifadə edib”.

S.Rayev isə çıxında A.Raimkulovanı türk dövlət başçıları tərəfindən Fondun prezidenti təyin olunması münasibəti ilə təbrik edib və bu məsul vəzifədə ona uğurlar arzulayıb. Baş katib TÜRKSOY ilə Fond arasında tərəfdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Görüş 2024-cü il üzrə birgə fəaliyyət istiqamətləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri ilə davam edib.

Mission News Theme by Compete Themes.