Press "Enter" to skip to content

173 hoteldən 114-nün auditi başa çatıb

Son yeniləmə: 8 Dekabr 2023 12:06

BAYRAQDAR MEDİA – Azərbaycanda turizmin inkişafı üçün davamlı addımar atılır. Bu istiqamətdə “2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq “2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası” da hazırlanıb.

Bu barədə “Azərbaycan Turizm Sammiti 2023” tədbirdə məlumat verilib.

Bildirilib ki, Azərbaycanda, həmçinin vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemi fəaliyyətə başlayıb: “İndiyədək sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsi tamamlanıb”.

O da qeyd edilib ki, 2023-cü ildə qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditi başa çatıb. Dekabr ayından etibarən isə turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanlar təşkil edilib.

Mission News Theme by Compete Themes.