Press "Enter" to skip to content

Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir

Avtomobil yolları

Son yeniləmə: 7 Dekabr 2023 10:51

BAYRAQDAR MEDİA – Yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.

Bu barədə Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, Agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilir, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır: “Gün ərzində də yoxlamalar davam etdiriləcək.

Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib”.

Mission News Theme by Compete Themes.