Press "Enter" to skip to content

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib

Son yeniləmə: 7 Dekabr 2023 12:45

BAYRAQDAR MEDİA – Dekabrın 7-də yerli vaxtla saat 08:16-da Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə, Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb. Eyni zamanda, tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib”.

Mission News Theme by Compete Themes.