Son yeniləmə: 7 Dekabr 2023 16:10
BAYRAQDAR MEDİA – Türkmənistan Baş Akademik Dram Teatrının aktrisası, Xalq artisti Gülyalek Akmiradova dekabrın 7-dən 12-dək Bişkekdə keçiriləcək “Aytmatov və teatr” VI Beynəlxalq Teatr Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edəcək. Bu barədə Türkmənistan Mədəniyyət Nazirliyinin saytına istinadən türkmenportal.com saytı məlumat yayıb.
Məlumata əsasən, Gülyalək Akmuradova həm də noyabrın 1-dən 4-dək Bakıda keçirilən TÜRKSOY Birinci Beynəlxalq Teatr Festivalının münsiflər heyətinin üzvü olub.
Bildirilib ki, “Aytmatov və Teatr” Beynəlxalq Festivalında Seyitnəzər Seydi adına Lebap Vilayəti Dövlət Musiqili və Dram Teatrı da iştirak edəcək. Teatrın kollektivi Çingiz Aytmatovun əsəri əsasında hazırlanmış “Ağ buxarçı” tamaşasını təqdim edəcək.