Son yeniləmə: 7 Dekabr 2023 13:47
BAYRAQDAR MEDİA – Dünyanın ən kiçik toxuculuq dəzgahlarının nümayiş olunduğu Miniatür Toxuculuq Dəzgahları Sərgisi tekstilin paytaxtı Denizlidə vətəndaşların marağına səbəb olub. Sərgini Denizli Böyükşəhər Bələdiyyəsi təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, “Babadağdan olan əl işi ustası Abdulla Yurtsevər tərəfindən uzun illər ərzində heç bir texnoloji yardım olmadan tamamilə əl işi ilə istehsal etdiyi toxuculuq dəzgahlarının dəqiq miniatürlərinin yer aldığı sərginin açılışı olub.
Məlumata əsasən, Turan Bahadır Sərgi Salonunda təşkil edilən sərginin açılışına Denizli millət vəkili Cahit Özkan, Denizli Böyükşəhər Bələdiyyə Başçısı Osman Zolan, qonaqlar və çox sayda vətəndaş qatılıb: “Sərginin açılışındakı çıxışında 75 yaşlı Abdullah Yurtsevər İstanbulda doğulub boya-başa çatdığını, Babadağdan olan toxucu ailəsindən olduğunu bildirib. Təqaüdə çıxdıqdan sonra toxuculuq dəzgahlarına marağının artdığını və uşaq ikən ailəsinə aid gördüyü toxuculuq dəzgahlarının miniatürlərini çəkməyə başladığını izah edən Yurtsevər, sərgisini tekstilin paytaxtı Denizlidə açmaqdan xoşbəxt olduğunu bildirib.
Denizli Böyükşəhər Bələdiyyəsinin başçısı Osman Zolan tekstilin əsasının toxuculuq dəzgahları olduğuna diqqət çəkərək deyib: “Əgər Denizli bu gün toxuculuğun paytaxtıdırsa, bunun ən böyük amili burada toxuculuq dəzgahlarının istehsalı və işləməsidir”.
Çıxışlardan sonra sərginin açılışı olub. Sərgi dekabrın 14-dək davam edəcək.