Son yeniləmə: 7 Dekabr 2023 14:59
BAYRAQDAR MEDİA – İraq-Azərbaycan biznes forumunda ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri, biznes dairələri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib, Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib.
Dekabrın 6-da Bağdad şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İraq Ticarət Palataları Federasiyasının birgə təşkilatçığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. Biznes forumda Azərbaycan tərəfindən qida, mebel, logistika, tikinti, turizm, sənaye və s. sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunub.