Son yeniləmə: 6 Dekabr 2023 11:43
BAYRAQDAR MEDİA – KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Kıbrıs Türk Təhsil İşçiləri Birliyinin (KIBTES) təşkil etdiyi Müəllimlər Günü tədbirində iştirak edib.
Bu barədə TBMM-dən edilən yazılı açıqlamaya istinadən Kibris Postası məlumat yayıb.
Məlumata əsasən, Z.Töre fədakarlıq tələb edən müqəddəs bir vəzifə ilə çalışan bütün həmkarlar ittifaqı üzvü müəllimləri təbrik edib.
Fərdlərin və buna görə də cəmiyyətlərin inkişafında ən mühüm vəzifənin müəllimlərin üzərinə düşdüyünü qeyd edən Z.Töre, Vətənini sevən, keçmişini yaxşı bilən nəsillərin KKTC-nin təminatı olacağını deyib.
Z.Töre, bu günlərə gəlməyin asan olmadığını, dövlətdən və cümhuriyyətdən heç vaxt vaz keçilməyəcəyini bildirib.