Press "Enter" to skip to content

“Toska” tamaşası nümayiş olunacaq

"Toska" gəlir

BAYRAQDAR MEDİA – Dekabrın 10-u saat 19:00-da Opera Studiyasında Azərbaycan Dövlət Opera və Balet Teatrının dünya şöhrətli opera ifaçısı Mariya Kallasın anadan olmasının 100 illiyinə həsr olunmuş 3 pərdəli “Toska” tamaşası nümayiş olunacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “tamaşada Əməkdar artist Fəridə Məmmədova (Toska), Əməkdar artist Fərid Əliyev (Kavaradossi), Xalq artisti Əvəz Abdulla (Skarpia), Yefim Zavalnıy (Andjelotti), Xalq artisti Əkrəm Poladov (Rizniçiy), Əməkdar artist Əliəhməd İbrahimov (Spoletta), İqor Yadrov (Şarrone), Kənan Rəhmanzadə (Türməçi), Fatimə Məmmədova (Çoban), Uşaq xoru iştirak edəcək”.

Qeyd edək ki, tamaşanın dirijoru Orxan Həşimov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Mission News Theme by Compete Themes.