BAYRAQDAR MEDİA – Qırğızıstan-Tacikistan sərhədinin daha bir mübahisəli 24 kilometrlik hissəsinə yekun vurulub.
Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.
Məlumata görə, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, 2023-cü il noyabrın 29-dan dekabrın 5-dək görüşlər Qırğızıstan sərhədi yaxınlığındakı Buston şəhərində keçirilib.
Qırğızıstan və Tacikistan danışıqları nəticəsində sərhədin daha 24 kilometri dəqiqləşdirilib.
Qırğızıstan-Tacikistan mübahisəli sərhəd bölgəsi ilə bağlı növbəti görüşün nə vaxt keçiriləcəyi hələlik bəlli olmasa da, onun Qırğızıstan ərazisində keçiriləcəyi bildirilib.