Press "Enter" to skip to content

Orxan Həsənoğlu “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb

Mükafatlandırma zamanı

BAYRAQDAR MEDİA – 2012-ci ildən Kuzey Kıbrıs Türk Cümhuryyətində (KKTC) fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) iki qardaş ölkə arasında mühüm fəaliyyətlərə imza atıb. Diaspor təşkilatı olaraq Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğ olunmasında, azərbaycanlılar arasında həmrəyliyin inkişaf etdirilməsində, Qarabağ probleminin yerli ictimaiyyətə və ölkədə təhsil alan əcnəbilərə düzgün çatdırılmasında AKDC-nin əhəmiyyətli xidmətləri olub.

Bu barədə BAYARQDAR MEDİA-ya sözügedən qurumdan verilən məlumatda qeyd edilir.

Bildirilir ki, KKTC ilə Azərbaycan arasında diplomatik münasibətlər mövcud olmasa da AKDC iki ölkə arasında körpü rolunu oynayıb: “Mədəniyyət, təhsil, iqtisadi əlaqələrin inkişafı üçün mütəmadi olaraq layihələr həyata keçirib. AKDC-nin keçirdiyi tədbirlərə Azərbaycandan millət vəkilləri, QHT nümayəndələri, KİV təmsilçiləri mütəmadi olaraq dəvət alıblar və iştrak ediblər. Qarşılıqlı olaraq müxtəlif sahələrdə əməkdaşlıq üçün heyyətlərin bir-birləri ilə səmərəli iş qurmasına da töhfə verilib. 2023-cü ilin oktyabr ayında isə KKTC Cümhurbaşqanı Ersin Tatarın böyük bir heyət ilə Azərbaycana səfərinin reallaşmasında da AKDC-nin böyük əməyi olub. Bütün bunları diqqətdə saxlayan EkoAvrasiya Vəqfi idarə heyyəti cəmiyyətin sədri Orxan Həsənoğlunu iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərindən dolayı “Avrasiya Xidmət Ödülü”nə layiq görüb”.

Məlumata əsasən bununla bağlı mərasim təşkil olunub: “Mərasimdə çıxış edən EkoAvrasiya rəhbəri Hikmet Eren rəhbərlik etdiyi qurumun fəaliyyətindən həs edib. O bildirib ki, EkoAvrasiyanın əsas fəaliyyəti türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu əlaqələrə yardımçı olmaqdır. Ödül Ankarada keçirilən mükafatlandırma mərasimi zamanı Orxan Həsənoğluna təqdim edilib. Qeyd edək ki “Avrasiya Xidmət Ödülü”nə 2022-ci ildə KKTC Cümhurbaşqanı  Ersin Tatar və Azərbaycanın şəhid generalı Polad Həşimov layiq görülüblər. 2023-cü ildə isə Kırım türklərinin lideri, Ukrayna parlamentinin deputatı ustafa Əbdülcəmal Krımoğlu da ödül alanlar içərisində olub”.

Mission News Theme by Compete Themes.