Press "Enter" to skip to content

İlham Əliyev qardaş ölkənin Prezidentinə zəng edib

Prezident İlham Əliyev və Prezident Sadır Caparov

BAYRAQDAR MEDİA – Dekabrın 6-da Prezident İlham Əliyev qardaş Qırğızıstanın Prezidenti Sadır Caparova zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, İlham Əliyev Sadır Caparova “ad günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzulayıb”.

Qırğızıstan Prezidenti də öz növbəsində göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib.

“Dövlətimizin başçısı Qırğızıstan Prezidenti ilə həm Azərbaycanda, həm də Qırğızıstanda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, görüşlər zamanı aparılmış müzakirələrin qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və qardaşlıq münasibətlərimizin genişlənməsinə, strateji tərəfdaşlığımızın inkişafına mühüm təkan verdiyini qeyd edib.

“Telefon danışığı əsnasında Azərbaycanın və Qırğızıstanın SPECA, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.