Press "Enter" to skip to content

İkinci “Kızıl Elma” Azərbaycan səmasında

“Kızıl Elma”

Son yeniləmə: 6 Dekabr 2023 09:37

BAYRAQDAR MEDİA – ASELSAN tərəfindən hazırlanan Nəqliyyat vasitələrinin Aşkarlanması və Yüksək Sürətli Çəki Sistemi Layihəsi Əsas İdarəetmə Mərkəzi istifadəyə verilib.

Kirim Haber Ajansının məlumatına görə, Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı açılış mərasimində iştirak edib.

Səfir çıxışında “Bizim Bayraktarımız var. Bu gün Azərbaycanın təhlükəsizliyi üçün Azərbaycan səmasında uçur. Bizdə “Kızıl Elma” var. İkinci “Kızıl Elma”mız Azərbaycan səmasında uçacaq. Türkiyə Şuşa Bəyannaməsi əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir” deyib.

Məlumata əsasən, tədbirdə Cahit Bağçı ilə yanaşı, şirkətin Bakı təmsilçisi Özgür Kurum, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupun sədri Rəhman Hümmətov və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, “Baykar Technology Azərbaycan şirkəti 3 aprel 2023-cü ildə yaradılıb: “Azərbaycanda yaradılan “Baykar Technology” törəmə şirkəti pilotsuz uçuş aparatları sistemləri istehsal edəcək. “Baykar Technology” şirkəti ilə Azərbaycan arasında birgə istehsal üçün xoşməramlı protokol imzalanıb. “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov pilotsuz uçuş aparatlarının birgə istehsalına dair xoşməramlı protokol imzalayıblar”.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Mission News Theme by Compete Themes.