Press "Enter" to skip to content

Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi ilə görüşüb

Görüş anı

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mərkəzi qərargahında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə bildirilir ki, “A.Raimkulova dəvət üçün təşəkkürünü bildirərək, ilk növbədə Türkiyə Cümhuriyyətini quruluşunun 100 illiyi münasibəti ilə təbrik edib. Görüşdə təşkilatın rəhbəri Türk Dünyasının zəngin mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliği, türk xalqları arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr həyata keçirən Fondun fəaliyyətindən bəhs edib. A.Raimkulova prezidenti olduğu Fondu ilə TÜRKPA arasında mövcud əməkdaşlığı vurğulayaraq, Türk Dünyasının mədəniyyətinin və irsinin qorunması və təbliği sahəsində təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib”.

Bildirək ki, görüş qarşılıqlı maraq doğuran məsələlər, eləcə də birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadilələri ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.