Son yeniləmə: 5 Dekabr 2023 10:11
BAYRAQDAR MEDİA – Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlim proqramı başlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Məlumata görə, proqramın Bilkənt şəhər xəstəxanasında baş tutan açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edib. Səfir TDT ölkələri arasında əməkdaşlığın güclənməsindən danışıb.
R.Məmmədov bu çərçivədə ölkələr arasında səhiyyə sahəsi üzrə birgə fəaliyyətin genişlənməsinin əhəmiyyətini vurğulayaraq təlim proqramına uğurlar diləyib.
Məlumatda qeyd edilib ki, türkdilli dövlətlərin tanınmış ürək cərrahlarının qatıldığı proqramda Mərkəzi Klinik Xəstəxananın baş həkimi professor Kamran Musayev də iştirak edir: “Proqramda ürək-damar cərrahiyyəsi ilə bağlı təcrübə mübadiləsi və bu sahədə əməkdaşlığın artırılması imkanlarının müzakirəsi nəzərdə tutulur”.