Press "Enter" to skip to content

Nazir Ağdamda vətəndaşları qəbul edəcək

Nazirin qəbuludur

BAYRAQDAR MEDİA – Dekabrın 22-də Elm və təhsil naziri Emin Əmrullayev Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək.

Bu haqda Elm və Təhsil Nazirliyinin yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə deyilir ki, “qəbulda Ağdam, Ağcabədi, Bərdə, Şuşa, Füzuli, Tərtər, Xocalı, Xocavənd sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 14 dekabr saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-2 və 146-6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər”.

Bununla yanaşı, Nazirliyin rəsmi saytının əlaqə bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə WhatsApp vasitəsi ilə müraciət göndərmək mümkündür.

Mission News Theme by Compete Themes.