Son yeniləmə: 5 Dekabr 2023 12:30
BAYRAQDAR MEDİA – Bakıdakı 83 saylı məktəb liseyin 3 “D” sinifində şağirdlər üçün “Fövqəladə vəziyyətlərdə ne etməli? “ mövzusunda açıq dərs keçirilib.
Bu barədə məktəbdən məlumat verilib.
Bildirilib ki, “məktəbin ibtidai sinif müəllimi Yazgül Quluyeva öz şagirdləri ilə fövqəladə vəziyyət baş verəndə nə etmək lazımdır mövzusunda geniş müzakirə aparıb. Şagirdlər mövzu haqqında ətraflı bilgi alaraq, yanğın, zəlzələ, qəza zamanı təcili zəng etməli olduqları qurumların nömrələri, ilkin yardımın göstərilməsi, fövqəladə vəziyyət zamanı nə etməli olduqları barədə fikirlərini bölüşüblər. Sonra şağirdlərin iştirakı ilə fövqəladə vəziyyətlərdən çıxışla bağlı səhnəciklər nümayiş olunub”.
Məlumata görə hər bir şagird təhlükəsizlik qaydalarını, hadisə baş verərsə hara müraciət etmək lazım olduğunu bir daha öyrənib: “Dərsin sonunda şagirdlər fövqəladə vəziyyətdə necə davranmalı olduqlarını nümayiş etdiriblər”.