Press "Enter" to skip to content

COMCEC-in 39-cu iclası

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 5 Dekabr 2023 17:05

BAYRAQDAR MEDİA – İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 39-cu iclasında təşkilata üzv ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekbarın 5-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu iclasında üzv dövlətlər arasında əməkdaşlığın elektron ticarət, eləcə də, maliyyə, nəqliyyat, rəqəmsallaşma, özəl sektor, kənd təsərrüfatı, turizm və digər sahələrdə təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb”. Məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edib: “O, ölkəmizin İƏT ölkələri ilə tərəfdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. İclasda ölkə iqtisadiyyatının şaxələndirilməsi,rəqəmsal ticarət sahəsində görülən işlər barədə məlumat verilib, dayanıqlı və rəqabətədavamlı turizm sektorunun inkişafı, kənd təsərrüfatında məhsuldarlığının artırılması və davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, yoxsulluğun azaldılması istiqamətlərində İƏT üzvü olan ölkələrlə əməkdaşlıq qeyd olunub”.

Mission News Theme by Compete Themes.