Son yeniləmə: 5 Dekabr 2023 16:00
Azərbaycanda Qazaxıstanın Mədəniyyət Günlərinə Heydər Əliyev Mərkəzində keçirlən möhtəşəm qala konserti ilə yekun vurulub
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, 2-4 dekabr tarixlərində Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilib. Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət günlərinin açılışı olub.
Qazaxıstanın “HasSak” etno-folklor ansamblının solo konserti ilə gerçəkləşdirilən açılış mərasimi maraqlı məqamlarla yadda qalıb.
Mədəniyyət günləri çərçivəsində dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı “Qaragöz” tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.
Dekabrın 4-də isə Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açıldı. Daha sonra isə qardaş ölkənin incəsənət ustalarının qala konserti keçirildi.
Qala-konsertin tamaşaçıları arasında Milli Məclisin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadən, deputatlar, səfirlər və Azərbaycanın mədəniyyət xadimləri də vardı.
Qala-konsert başlamazdan öncə çıxış edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva “Bu günlərdə Odlar Yurdu-Azərbaycan təkcə ümumi kökləri deyil, həm də mehriban qonşuluq və dostluğun yeni cəhətlərini kəşf edərək, qardaş qazax xalqının mənəvi dünyasına qərq olub. Bu, təkcə bu ilin ən mühüm hadisələrindən biri deyil, ölkələrimizin son dövrdə dövlət başçılarımızın iradəsi və səyləri sayəsində mümkün olan siyasi, sosial-iqtisadi və mədəni-humanitar yaxınlaşmasının məntiqi nəticəsidir”, dedi.
Qardaş ölkənin naziri bildirdi ki, “Azərbaycan bizim üçün mehriban qonşu, sadiq dost və qardaşdır, onu bizdən yalnız Xəzər ayırır. Azərbaycan daim qəlbimizdə olub və bundan sonra da belə qalacaq”.
Daha sonra möhtəşəm konsert proqramı təqdim edildi.
Qazaxıstanın Xalq artisti Roza Rımbayeva, “Kurmet” ordeninin kavaleri Zarina Altınbayeva, eləcə də Qazaxıstanın əməkdar simaları qazax və Azərbaycan kompozisiyalarını tamaşaçılara təqdim etdilər.
Aida Balayeva: Biz həmişə bir-birimizin qələbələrinə sevinmişik
Bu məqamda bildirməyi özümüzə borc bilirik ki, qazax milli musiqisini və mədəniyyətini özündə əks etdirən rəngarəng kompozisiyaların nümayiş olunduöu qala konsret xüsusi diqqət və həssaslıqla hazırlanmışdı. Hər bir musiqi proqramı özlüyündə iki xalqın qardaşlığını, mədəniyyətini, adət-ənənəsini, o cümlədən dostluğunu əks etdirirdi.
Alim Bayel: İki ölkə arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq mövcuddur
Qala konserti zamanı Qazaxıstan müğənnilərinin Azərbaycan musiqilərini ifa etmələri isə iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Bir sözlə, Bakıda türklük şöləni yaşandı.