Press "Enter" to skip to content

Azərbaycan 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başlayıb

Pərviz Şahbazov çıxış edərkən

Son yeniləmə: 5 Dekabr 2023 15:01

BƏƏ-də “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbir keçirilib

BAYRAQDAR MEDİA – Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbir keçirilib. Tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılmasında, “yaşıl gələcəy”in qurulmasına milli səviyyələrdə mühüm töhfələrin verilməsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın müstəsna rol oynadığını və Azərbaycanın artıq 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başladığını qeyd edib. Bildirilib ki, 2030-cu ilədək dövrdə “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrənitəmin edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bərpa olunan enerjinin xarici investisiya hesabına inkişafını, azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsini prioritetləşdirən dövlət siyasəti “yaşıl sərmayə” axınını da təşviq edir”.

Nazir deyib ki, oktyabrda ilk xarici sərmayə əsaslı və MDB, Xəzər regionunun ən böyük günəş elektrik stansiyasını “Masdar”şirkəti ilə istifadəyə verdik: “2027-ci ilədək 230 MVt-lıq bu stansiyadan əlavə “Masdar”, “ACWA Power”, bp, “China Gezhouba”, “Nobel Energy” və “Baltech” tərəfindən 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyası inşa olunacaq. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri məhz xarici investisiya hesabına reallaşdırılacaq. Həmçinin 2031-2037-ci illərdə “yaşıl enerji”, hidrogen, “yaşıl ammonyak”ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin də yaradılmasını beynəlxalq enerji şirkətləri ilə planlaşdırırıq”.

Nazir, həmçinin ilkin mərhələdə “yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa” İttifaqı Yaşıl Enerji Dəhlizi” və 1 QVt-dan çoxunun isə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə ixracı üzrə intensiv işlərin aparılmasından da bəhs edib.

Tədbir digər çıxşlarla davam edib.

Qeyd edək ki, Azərbaycan pavilyonunda keçirilən tədbirdə 17 enerji şirkəti və təşkilat təmsil olunub.

Mission News Theme by Compete Themes.