Son yeniləmə: 4 Dekabr 2023 13:00
BAYRAQDAR MEDİA – Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara hüquqlarının bərpası üçün yardım göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, dekbarın 2-də Masallı şəhərində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrası çərçivəsində vətəndaşların qəbulu keçirilib.
Məlumata əsasən, qəbulda vətəndaşlara hüquqi yardım göstərilib və onları narahat edən problemlər haqqında məsləhət verilib. Bu kateqoriyaya daxil olan vətəndaşların adından yerli və mərkəzi İçra hakimiyyəti orqanlarına müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunub.