Press "Enter" to skip to content

Müdafiə Nazirliyi təkzib edir

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA Müdafiə Nazirliyinin xəbərini təqdim edir:

Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.

Mission News Theme by Compete Themes.