BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev dekabrın 4-də Malayziyanın yeni təyin olunmuş səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, yeni səfir İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirib. O, həmçinin Azərbaycan Prezidentinin “çox xarizmatik və uzaqgörən bir Lider olduğunu” vurğulayıb.
Prezident və səfir eyni zamanda iki ölkə arasındakı dost münasibətləri haqqında fikir mübadiləsi aparıblar.