Son yeniləmə: 4 Dekabr 2023 11:44
BAYRAQDAR MEDİA – KKTC üzgüçüsü Boran Bora Taylandın Phuket şəhərində keçirilən Oceanman World Final Championship 2023 yarışına qatılıb.
Bu barədə Kibris Postası məlumat yayıb.
Məlumata əsasən, Boran Bora 30 Noyabr – 3 Dekabr 2023-cü il tarixləri arasında keçirilən yarışda əhəmiyyətli uğur qazanıb: “2023 Oceanman Dünya Final Çempionatının ilk günündə 5 Km Half Oceanman kateqoriyasında 72 ölkədən 225 üzgüçünün qatıldığı yarışda ən gənc (14 yaş) üzgüçü kimi iştirak edən Boran Bora yarışın 2-ci günündə 2 Km Açıq Sprint Yarışına qatılıb.
234 nəfərin mübarizə apardığı yarışda 5-ci olan Bora öz yaş kateqoriyasında 2-ci olub.