Press "Enter" to skip to content

İƏT baş katibindən Şuşaya xüsusi önəm

Xusrov Noziri

Son yeniləmə: 4 Dekabr 2023 13:00

Xusrov Noziri: Şuşa Azərbaycanın tez-tez səfər edilən məkanlarından birinə çevriləcək

BAYRAQDAR MEDİA – “İnanırıq ki, yaxın gələcəkdə Şuşa Azərbaycanın çox tanınmış və tez-tez səfər edilən məkanlarından birinə çevriləcək”.

Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrov Noziri İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə çıxışı zamanı deyib.

Baş katib ildirib ki, Şuşa şəhəri 2026-cı il üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilib: “Bu vaxta qədər təşkilat regionda cəmi 6 şəhəri turizm paytaxtı seçib. Bunlar Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləridir”.

Mission News Theme by Compete Themes.