Press "Enter" to skip to content

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri”

Xose Antonio Vidal

Son yeniləmə: 4 Dekabr 2023 10:35

BAYRAQDAR MEDİA – Azərbaycanda şərab turizminin inkişafı üçün mövcud olan imkanlar haqqında fikir mübadiləsi aparmaq və bu sahədə baş verən son yenilikləri bölüşmək məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “konfransda çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizdə şərab turizminin inkişafı üçün böyük potensialın olduğunu və Azərbaycanın şərabçılıq ənənələrinin və məhsullarının iştirak edilən beynəlxalq turizm sərgilərində nümayiş etdirildiyini qeyd edib. Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal və təşkilatın Avrasiya regionu üzrə vitse-prezidenti Leonid Gelibterman tərəfindən müvafiq mövzular üzrə çıxışlar edilib”.

Məlumata görə, konfrans çərçivəsində, həmçinin Azərbaycanda ilk olaraq “Şəki Şərab” zavodunun Qlobal Şərab Turizmi Təşkilatına (GWTO) üzv olması haqqında rəsmi sertifikatın təntənəli təqdimatı olub: “Bu, zavodun ölkəmizdə enoturizm potensialının inkişafına verdiyi töhfəni təsdiqləyir. Beynəlxalq assosiasiyada üzvlük təcrübə mübadiləsi, tədbirlərin keçirilməsi və GWTO-nun digər iştirakçıları ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaradacaq. GWTO-nun prezidenti Xose Antonio Vidal qeyd edib ki, bu gün GWTO xəritəsində ekspertləri və şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək daha bir yer var – Azərbaycan. Onun sözlərinə görə, bölgənin zəngin tarixi, yerli torpaq ərazilərin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək, iqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir”.

Mission News Theme by Compete Themes.