Press "Enter" to skip to content

Mingəçevirdə fleşmob keçirilib

Fleşmob

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və Respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir. Növbəti aksiya Mingəçevir şəhərində təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “Nazirliyin Mingəçevir Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi suda boğulma, epilepsiya tutmaları və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə nümayiş etdirilməsidir. Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb. Tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub”.

Daha sonra xəbərdə, “Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk tibbi yardım həyat xilas edir” adlı fleşmob təşkil olunub. Fleşmobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani olaraq nümayiş etdirilib. Həmçinin, “İlk tibbi yardimi öyrən – tətbiq et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub” deyə qeyd olunur.

Tədbir zamanı xeyriyyə məqsədli kampaniya da keçirilib. Kampaniyada kollec əməkdaşlarının hazırladığı əl işləri, suvenirlər və digər məhsulların satışından əldə olunan vəsait Mingəçevir Şəhər Uşaq Nevroloji sanatoriyasında müalicə alan uşaqlara Yeni İl hədiyyələrinin alınması yönləndirilib.

Qeyd edək ki, gələcəkdə SN maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsini planlaşdırır.

Mission News Theme by Compete Themes.