Press "Enter" to skip to content

Beynəlxalq Əlillər Günü qeyd edilib

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Dekabrın 1-də Suraxanı Gənclər Evində “3 Dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr edilmiş “Sevinc əngəl tanımır” adlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SGE-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti əməkdaşları, rayon bələdiyyə sədrləri, əlilliyi olan şəxslər, könüllülər və s. iştirak ediblər. İlk olaraq Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıblar. Bildirilib ki, əlilliyi olan şəxslərə xüsusi ilə də uşaqlara diqqət və qayğı cəmiyyətin hər üzvünün borcudur. Eləcə də tədbir zamanı əlilliyi olan şəxslərin hüquqları, bundan irəli gələn və ölkə üçün aktual olan problemlər barədə danışılıb. Gəncləri bu mövzuda daha aktiv olmağa və əlilliyi olan insanlarla ünsiyyət qurarkən onlara qarşı mərhəmət hissi ilə deyil, onların da digər insanlar kimi insan olmalarına önəm vermələrinin vacibliyi vurğulanıb”.

Sonra xəbərdə, “əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində H.Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətindən və Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısından söhbət açılıb” deyə bildirilir.

Tədbirin bədii hissəsində UAFA Azərbaycana Birgə Yardım Təşkilatı Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzinin Valideyn Birliyinin və “Ümid var” İnkluziv Yaradıcılıq Birliyinin üzvləri müxtəlif çıxışlar nümayiş elətdiriblər, həmçinin tədbirdə əl işləri və rəsm əsərlərindən ibarət xeyriyyə sərgisi təşkil olunub.

Sonda iştirakçılar təşəkkürnamə və hədiyyələr ilə təltif olunublar.

Mission News Theme by Compete Themes.