Son yeniləmə: 1 Dekabr 2023 12:14
BAYRAQDAR MEDİA – Bolqarıstanda GERB-SDS tərəfindən tövsiyə edilən Prof. Mömçil Mavrov Milli Tibbi Sığorta Fondunun direktor müavini seçilib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “səsvermədə 103 deputat onun lehinə, 83 deputat isə əleyhinə səs verib. Səhiyyə Fondunun direktor müavininin səlahiyyət müddəti 30 noyabr 2028-ci il tarixinədəkdir”.
Məlumata əsasən, bu namizədlik hakim çoxluqda fikir ayrılığına səbəb olub: “İclasın gündəliyinə sonradan əlavə edilən vahid namizədin təqdimatı zamanı 3 saat ərzində Məclis zalında sərt müzakirələr aparılıb. “Prodaljavame Promyanata – Demokratik Bolqarıstan” (PP-DB) Prof. Mömçil Mavrovun səhiyyə sistemindəki şirkətlər üçün lobbiçilik etdiyinə dair şübhələr olduğuna görə onun namizədliyinə qarşı olduqlarını bəyan edib. Lakin o, korrupsiya və lobbiçiliklə bağlı heç bir işin araşdırılmadığını və dindirilmədiyini bildirib”.